23 Jul, 2026
Faktlar

“Azərbaycan qədim neft ölkəsidir”

Xalq qəzetinin 20 sentyabr 2024-cü il tarixli buraxılışında dərc edilən  məqalədə qeyd edilib ki, zəngin neft ölkəsi kimi tanınan Azərbaycanın mədəni-tarixi, sosial-iqtisadi həyatının ayrı-ayrı sahələrinə tədqiqatçılar hər zaman böyük maraq göstəriblər. Bir çox ölkələrin səyyahları, coğrafiyaşünasları, tarixçiləri Bakının nefti, alovlu torpaqları, neft quyusu və mədənləri, neftdən istifadə və onun ticarəti barədə gördüklərini qələmə alaraq Azərbaycan neftinin tarixi barədə qiymətli məlumatlar verib, Abşeron yarımadasını istər qərb, istərsə də şərq dövlətləri üçün cazibədar ərazi hesab ediblər.

Respublikamızın dövlət arxivlərində mühafizə olunan sənədlər neft sənayemizin inkişafı tarixinin öyrənilməsində əvəzsiz mənbə hesab edilir. Bu sənədlər əsasında Azərbaycanın tarixin müxtəlif mərhələlərində ümumdünya neft sənayesi sahəsində oynadığı rol, Bakıda fəaliyyət göstərmiş neft konsorsiumları, neft sahibkarları, Azərbaycan neftçilərinin beynəlxalq əlaqələri haqqında qiymətli məlumatlar əldə etmək mümkündür.

Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.

0 Comments

Leave a comment