19 apr, 2026
Xəbərlər

Qələbəmiz ,yalnız bir zəfər deyil...

Bakı şəhərin 53 №-li tam orta məktəbin kollektivi Xocalı şəhər 1 №-li tam orta məktəbini ziyarət edib.

Ziyarət zamanı məktəbin direktoru Tünzalə Zeynalova bu fikirləri bölüşüb:

“Tariximizin ən ağrılı səhifələrindən biri olan Xocalı bu gün sürətlə dirçəlir, inkişaf edir və qalib xalqımızın şəhərinə çevrilir. Qazandığımız Qələbə yalnız bir zəfər deyil – bu, həm də şəhidlərimizə dərin ehtiramın, xalqımızın sarsılmaz birliyinin və gələcəyimizə olan inamın təcəssümüdür. Xocalı kimi müqəddəs bir yerdə bu ruhu yaşadan hər kəsə minnətdarıq. Arzu edirik ki, Xocalı daim yenilənən, gənclərlə yüksələn və sabaha ümidlə baxan bir şəhər olsun!

Qarabağ Azərbaycandır!”

 

0 Comments

Leave a comment