Professsor Rəna Cümşüd qızı Qasımova
Fizika-riyaziyyat elmləri doktoru, professor Rəna Cümşüd qızı Qasımova 1952-ci il dekabrın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1970-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin (S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti ) fizika fakültəsinə daxil olmuş, iki ildən sonra Moskva Fizika Mühəndisləri Institutuna (MFMİ) Xüsusi Fizika fakültəsinə müsabiqə yolu ilə seçilmişdir.
Rəna Qasımova 1976-cı ildə MFMİ-ni fərqlənmə diplomu ilə bitirərək institutun aspiranturasına qəbul olunmuş, burada Nobel mükafatı laureatı akademik N.Q.Basovun rəhbərlik etdiyi “Kvant elektronikası kafedrasında saxlanılmışdır”. 1979-cu ildə aspiranturanı müvəffəqiyyətlə başa vurduqdan sonra MFMİ-də “Daxili faza anizotropiyaya malik mkm dalğa uzunluğunda generasiya edən He-Ne lazerin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildən Rəna Qasımova göndərişlə Bakı Dövlət Universitetinin fizika fakültəsində işləməyə başlamış, fakültənin “Optika və molekulyar fizikası” kafedrasında çalışır. 2003-cü ildə BDU-da “Mühitdə fəza dəyişmələrini nəzərə almaqla optik dalğaların qeyri xətti qarşılıqlı təsiri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Ali Attestasiya Komitəsinin qərarı ilə professor elmi adı almışdır.(2009)
Rəna Qasımova BDU-da müxtəlif vəzifələri icra etmışdir. AAK-nin Fizika üzrə Ekspert Şurasının üzvü (2009-2016), fizika fakültəsinin Elmi şurasının katibi (2005-ci ildən ) BDU-nun fizika fakültəsinin elmi işçilər və magistratura üzrə dekan müavini (2012-2015), BDU üzrə “Sabah” mərkəzinin rəhbəri (2014-2015), “Optika və molekulyar fizika” kafedrasının müdiri, (2015-ci ildən) və s . Onun 165 elmi əsəri çapdan çıxıb, 1 monoqrafiya, 2 patent və 9 kitabın müəllifidir.
R.Qaqsımova BDU-nun bakalavr pilləsində fizika və digər təbiət elmləri yönümlü fakültələrdə ümumi fizika və “Lazer fizikası”, “Qeyri xətti optika”, “Kvant elektronikasının əsasları” adlı ixtisas kursları tədris, magistatura pilləsində - “Kvant elektronikası” ixtisasında mühazirələr, seminar və laboratoriya dərsləri tədris edir, buraxılış işlərinə və magistr dissertasiyalarına rəhbərlik edir. Onun rəhbərliyi ilə 15 yaxın dissertasiya işi müdafiə olunub. Üç elmlər namizədi yetişdirib. Hazırda onun rəhbərliyi ilə kafedranın 1 doktorantı və 1 dissertantı öz dissertasiyalarını tamamlama ərəfəsindədirlər, Dövlət Proqramı üzrə bir doktorant fəlsəfə elmi dərəcəsi və bir doktorant elmlər doktoru dərəcəsi almaq üçün öz dissertasiyaları üzərində çalışırlar.
Professor Rəna Qasımovanın apardığı tədqiqatlardan alınmış nəticələrinin praktiki əhəmiyyəti aşağıdakılardan ibarətdir.
- Ətraf mühitin və yeni perspektiv maddələrin lazer tezlikçevricilərinin vasitəsilə tədqiqi
- Yeni materialların qeyri-xətti qavrayıcılığının təyin
- Yüksək həssaslığa malik dispersionlazer interferometrin hazırlanması
- Laylı nizamlı domen quruluşu əsasında effektli qeyri-xətti tezlik çevricilər
- Kerri qeyri-xəttliyinə malik kristalların əsasında yeni effektiv optik çevirici təklif olunmuşdur. Bu cür laylı struktur sındırma əmsalının fəzada modulyasiyasına görə sınaq koherent sahənin yayılmasının idarə olunmasına imkan verir
- ÜXTNS-nin (VDNX) gümüş və bürünc medalları ilə təltif edilmiş bir elmi cihazın müəllifidir
Rəna Qasımovanın elmi əlaqələridə genişdir. O, dünyanın bir sıra universitetləri, ocümlədən Arizona, Texas, Rusiya, Ukraynanın universitetləri ilə istər təcrübə mübadiləsi aparmış, tədqiqatları xarici dillərdə çap edilmişdir. Amerika Optik Cəmiyyətinin (OSA ) kimya üzrə Beynəlxalq Cəmiyyətinin üzvüdür. Elm və təhsildə xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.







0 Comments