Professor Yusif Əliqulu oğlu İbadzadə
Texnika elimləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və Azərbaycan SSR EA-nın vitse-prezidenti Yusif İbadzadə onu yaxından tanıyanların, xalqımızın, eləcədə keçmiş SSR məkanında mütəxəssislərin yaddaşında su təsərrüfatı sahəsində tanınmış, əvəzsiz alim kimi xatırlanır. Professor Y.İbadzadə hansı məsul vəzifədə işləməsindən asılı olmayaraq bütün bilik və bacarığını kənd təsərrüfatının, iqtisadiyyatının inkişafına həsr etmişdir.
O, Azərbaycan SSR Su Təsərrüfatı nazirinin, Nazirliyin Bakı filialının direktoru, Bəhramtəpə-Taşinski-Araz çayı üzərində hidroqurğunun rəisi, Azərbaycan Elmi Tədqiqat Su problemləri institutunun məsləhətçi professoru vəzifələrində şərəfli ömür yolu keçmişdir.
Y.İbadzadə 30 avqust 1914-cü ildə Azərbaycan SSR Ağcabədi rayonunun Xəlfərəddin kəndində kəndli ailəsində anadan olmuşdur. Ağdamda orta məktəbi bitirdikdən sonra 1931-ci ildə S.Ağamalıoğlu adına Kirovabad Kənd Təsərrüfatı İnstitutunun Hidromeliorasiya fakültəsinə qəbul olunmuş, 1936-cı ildə institutu bitirdikdən sonra elmi şuranın qərarı ilə institutda müəllim kimi saxlanılmışdır. Bir il pedaqoji fəaliyyətindən sonra Y.İbadzadəni göndərişlə Moskva Su Təsərrüfatı Mühəndislər İnstitutuna-aspiranturada təhsil almağa yollayırlar. 1940-cı ildə namizədlik dissertasiyasını müdafiə etdikdən sonra yenidən Kirovabad Kənd Təsərrüfatı İnstitutuna qayıdan Y.İbadzadə bu elm ocağında “Hidravlika” kafedrasının dosenti kimi işini davam etdirir.
Y.İbadzadə 1940-cı ildən 1947-ci ilin fevral ayına kimi hərbi xidmətdə olmuş Böyük Vətən Müharibəsinin od-alovundan keçmişdir. Sovet ordusunun tərkibində Rumıniyanın,
macarıstanın, Avstriyanın, Çexoslovakiyanın azad olunmasında döyüşmüş, Berlinə qədər döyüş yolu keçmişdir. 1947-ci ilin mart ayında ordu sıralarından tərxis olunan alim Bakıya qayıdır, Azərbaycan Hidrotexnika və Meliorasiya Elmi Tədqiqat İnstitututunda hidrotexnika bölməsinə rəhbərlik edir. Apardığı tədqiqatların nəticəsində Y.İbadzadə düzələn çaylarda xarakterik xüsusiyyətləri araşdırmış, kənd təsərrüfatı sahəsində əhəmiyyətli rol oynayan monoqrafiya yazmışdır. Bundan əlavə, onun rəhbərliyi ilə Ceyranbatan Su Anbarında yığılan suyun təmizlənməsi araşdırılmışdır. Bu tədqiqatların məcmusu ona gətirib çıxarmışdır ki, Y.İbadzadə 1957-ci ildə “Çayların mənbəyinin təyin edilməsi mövzusunda “ doktorluq dissertasiyası müdafiə etmişdir. Bütövlükdə onun 200-dən çox elmi işi dövrü mətbuatda çap olunmuşdur. 1952-ci ilin martında Yusif İbadzadəni araz çayı üzərində salınan Bəhramtəpə qurğusuna rəis təyin edirlər.
1955-1958-ci illərdə Y.ibadzadə Azərbaycan SSR Su Təsərrüfatı nazirinin müavini, respublika üzrə su təsərrüfatının elmi-tədqiqat işlərinin rəhbəri olmuşdur. 1958-ci ildə o, Azərbaycan SSR EA-nin həqiqi üzvü, vitse-prezident seçilir. Sonralar akademiyada aparılan struktur dəyişikliyi ilə əlaqədar onu yenidən təzə təşkil olunmuş su problemləri institutuna qaytarırlar.
Yusif İbadzadə SSRİ-də hidravlika, hidrotexnika, hidrotexniki qurğular üzrə istedadlı mütəxəssis, elmi tədqiqatların rəhbəri olmaqla yeni yeni metod və üsulların işlənib hazırlanması üzrə mütəxəssis kimi tanınmışdır. Bu işlərlə tanış olaq:
1. Çay yataqlarında aparılan işlər (Kür, Araz, Don və.s çaylarda)
2. Çaylar və su hövzələri: (Mingəçevir, Ağstafa Su anbarları və.s)
3. Çay hövzələrinin və su anbarlarının təmizlənməsi (Birinci və ikinci su kəmərləri, Lənkəran şəhərində hidroqurğuların təmizlənməsi və.s)
4. Müxtəlif pilləli axınların hidravlikası (Kür çayınınsuyunun təmizlənməsi, Böyük Bakı şəhər kanalizasiya sisteminin, Mingəçevir şəhərindəki qurğuların təmizlənməsi və.s)
Professor Y.İbadzadə hidravlik tədqiqatlar və su qurğuları üzrə iki beynəlxalq təşkilatın idarə heyyətinin üzvü olmuş, dəfələrlə beynəlxalq simpozimlarda iştirakçı olmuş, aktual xarakterli elmi fikirlərlə çıxış etmişdir.
Onun əməyi yüksək qiymətləndirilmiş, ölkənin 20-dən artıq orden və medalları ilə təltif olunmuşdur.
Məqalənin hazırlanmasında ARDETSA-da mühafizə olunan İbadzadə Yusif Əliqulu oğluna aid şəxsi fond materiallarından (fond 149, siy.1) sənədlərindən istifadə edilmişdir.
Tex







0 Comments