17 noy, 2026
Dövlət Elm və Texnika Sənədləri Arxivi

Neft Sənayesinin Fəxri Süleymanov Ə. B.

Neft Sənayesinin Fəxri

 

   

            Görkəmli alim, neft və qaz yataqlarının kəşfiyyatı üzrə təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda tanınmış Ələkbər Bağır oğlu Süleymanov zəngin

         və mənalı ömür yolu keçmişdir.

        Atası mədən işçisi olan Ələkbər 31 dekabr  1916 - cı ildə Qafan rayonunun Qatar kəndində anadan olmuşdur. 1923-cü ildə Bakıya köçən ailə 1il sonra 1924-cü ildə ailə                başçısını itirir. Atasının vəfatından sonra iki oğul övladı ilə qalan anası Sara xanım ailənin bütün yükünü öz üzərinə götürür. Yeddi illik məktəbə 1923-cü ildə daxil olan kiçik  Ələkbər 1930-cu ildə məktəb təhsilini başa vurduqdan sonra Balaxanı Neft texnikumunda da oxuyur. Texnikum təhsili ilə qane olmayan gələcək alim ali təhsil almaq üçün            M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda, Qubkin adına Moskva Neft İnstitutunda, SSRİ Neft Sənayesi Akademiyasında da təhsilini davam etdirmişdi.

          Ə.Süleymanov əmək fəaliyyətinə Bakı şəhərinin neft müəssisələrində başlamış, müharibə illərində (1941-1945) operator vəzifəsindən neft emal edən böyük neft                         müəssisəsinin rəhbərinədək şərəfli yol keçmişdir. O, müxtəlif məsul vəzifələrdə -“Azneft” İstehsalat Birliyində baş mühəndis, rəis (1959-1965) vəzifələrini icra etmişdir.                 Daha sonralar Azərbaycan SSR Neft Emalı Nazirinin birinci müavini (1965-1968), yenidən “Azneft” İstehsalat Birliyinin rəisi (1968-1972), “Xəzərdənizneft” Ümumittifaq                 Sənaye Birliyinin rəisi (1972-1980) olmuşdur. 1980-ci ildən etibarən Ə.Süleymanov “Dənizneftqazlayihə” İnstitutunun elmi işləri üzrə direktor müavini təyin olunur və                   ömrünün sonuna qədər bu elmi-tədqiqat müəssisəsində çalışıb.

        Ələkbər müəllim gərgin iş qrafikinə baxmayaraq özünəməxsus enerji və həvəsi ilə açıq partlayışların və onların nəticələrinin aradan qaldırılması əməliyyatlarına şəxsən özü           nəzarət etmiş, təhlükəyə baxmayaraq, hadisələrin episentrlərinə baş çəkmiş və qəzaların səbəblərinin aradan qaldırılmasını təmin etmişdir.

        Məhz elə buna görə 1956-ci ildə dərin quyuların nasosla vurulmasının köklü şəkildə yenidən qurulmasının həyata keçirilməsinə görə 3-cü dərəcəli stalin mükafatına layiq             görülmüşdür. Müharibədən əvvəlki illərdə isə kiçik diametrli neft quyularının işlənməsi və istismar üçün hərtərəfli bir metod hazırlanmış ki, bu da təkcə Sovet İttifaqında              deyil, həm də dünya sənayesində tətbiq edilmişdir.

        Ə.Süleymanov Xəzər dənizində neft-qaz, qaz-kondensat yataqları üzrə işlərində də mühüm töhfələr vermiş bir alim olmuşdur. Belə ki onun elmi yaradıcılığı və                             mühəndisliyi sayəsində dərin suların işlənməsi üçün hidravlik qurğular və quyu texnologiyası kompleksi yaradılmışdır ki, bu da bir çox məhsuldar üfüqləri, tektonik sahələri          və işlənmə mərhələsində olan çoxqatlı yataq bloklarını aşkar etmişdir. Onun birbaşa fəal iştirakı ilə bir çox neft və qaz yataqları kəşf edilmişdir: - Murovdağ, Qaradağlı,                 Kürsəngi, Muradxanlı, Bahar, Səngəçal-Dəniz, Günəşli və s.

         Alimin ixtiraları təkcə respublikamızda deyil, həm də onun hüdudlarından kənarda da geniş tətbiq edilmişdir. Süleymanovun ixtiraları, texniki yenilikləri və patentləri illik            on və yüz milyonlarla manat qənaətə səbəb olmuşdur. Onun ixtiraları alimə beynəlxalq şöhrət qazandırmışdır. Ələkbər müəllim 200-dən çox elmi məqalənin, o cümlədən             12 monoqrafiyanın, 150 ixtiranın və Azərbaycan Respublikasının 12 patentinin müəllifidir.

          Ələkbər müəllim vətənə, Azərbaycan xalqına, ideyalarına prinsipial sədaqəti, təvazökarlığı və xeyirxahlığına görə Respublika neftçiləri tərəfindən sevilmiş və hələdə                      hörmətlə adı çəkilməkdədir.

           Süleymanov Ələkbər Bağır oğlu 27 iyul 2000-ci ildə Bakı şəhərində vəfat etmişdir.

0 Comments

Leave a comment