19 apr, 2026
Mədəniyyət

Musiqisevərlər, bu parlaq gecəni qaçırmayın!

11 aprel saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Hacıbəyovlar nəslinin görkəmli nümayəndələri bəstəkar Soltan Hacıbəyov-105 və İsmayıl Hacıbəyovun-75 illiklərinə həsr olunmuş konsert keçiriləcək.

Musiqili gecədə bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Soltan Hacıbəyov Uvertüra və "Karvan" simfonik lövhəsi, İsmayıl Hacıbəyov Konsertino, Rüfət Xəlilov "Heyratı" simfonik rapsodiyasını ifa edəcək.

Əziz musiqisevərlər, bu möhtəşəm konserti qaçırmayın!

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

0 Comments

Leave a comment