Dövlət Elm və Texnika Sənədləri Arxivinində ekskursiya
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Elm və Texnika Sənədləri Arxivinin 2024-cü ilin iş planına uyğun olaraq Bakı şəhəri
Yasamal rayonu İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinin 30 oktyabr 2024-cü il tarixində arxivə ekskursiyası təşkil olunmuşdur.Ekskursiyada ARDETSA-nın Sənədlərin Nəşri və İstifadəsi şöbəsinin müdiri Səadət Cabbarova ilə yanaşı şöbənin aparıcı arxeoqrafı Nəbiyeva Günel və mütəxəssis arxeoqrafı Rəna Namazova şagirdlər qarşısında çıxış edərək arxivin əsas iş fəaliyyəti istiqamətləri, həmçinin sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər haqqında ətraflı məlumat vermişdir.









0 Comments