Milli Arxiv İdarəsi
Dövlət Arxivinin Şəki filialında ekskursiyasa
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Şəki filialının 2025-ci ilin İş Planına uyğun olaraq, Şəki Dövlət Regional Kollecin 3-cü kurs tələbələrinin filiala ekskursiyası təşkil olunub.
Filialın direktoru Ehtiram Məmmədov tələbələri arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplektləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların tələbləri haqqında məlumatlandırdı.
Daha sonra tələbələr sənədlərin mühafizə şəraiti, mühafizəxanaların iş rejimi ilə yaxından tanış edilərək onların sualları cavablandırıldı.

1.jpeg)








0 Comments