19 apr, 2026
Milli Arxiv İdarəsi

Dövlət Arxivinin Lənkəran filialında ekskursiya

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivinin Lənkəran filialının 2024-cü ilin İş Planına uyğun olaraq filialın və Lənkəran şəhər 10 №-li tam orta məktəbin birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin filiala ekskursiyası təşkil edilib.

 19 dekabr 2024-cü il tarixdə adı çəkilən məktəbin direktoru Sevil Əsədovanın rəhbərlik etdiyi yuxarı sinif şagirdləri filialda   sənədlərin mühafizə şəraiti, mühafizəxanaların iş rejimi ilə yaxından tanış ediliblər.

 ARDA Lənkəran filialının direktoru Camal Babazadə şagirdlər qarşısında çıxış edərək arxiv işinin təşkili, sənədlərin   mühafizəsi, qeydiyyatı, komplekləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə görülən işlər, o   cümlədən müvafiq normativ hüquqi aktların  tələbləri haqqında  məlumat verib.

 Daha sonra ekskursiya sual-cavab və diskussiya formatında davam etdirilib.

 

http://milliarxiv.gov.az

0 Comments

Leave a comment