19 apr, 2026
Xəbərlər

Bakı bulvarında gəmi gəzintisi bərpa edildi

Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Trend-ə açıqlamasında bildirib ki, 2022-ci ildə dəniz suyunun səviyyəsinin aşağı enməsi ilə əlaqədar gəmi gəzintisində fasilə yaranmışdı.

O qeyd edib ki, iki illik fasilədən sonra Mirvari gəmisi yenidən fəaliyyətə başlayıb.

 “Bakı Bulvarında gəmi gəzintisi bu gündən bərpa edildi. Gəminin təhlükəsiz və rahat hərəkəti məqsədilə "Mirvari" gəmisi təmir   işləri görüləndən sonra artıq istifadəyə hazır vəziyyətə gətirilib. 

 Noyabrın 1-dən etibarən gəmi artıq fəaliyyətə başlayıb.

 Dəniz suyunun aşağı enməsi ilə əlaqədar artıq gəminin yeni ünvandan hərəkəti müəyyənləşdirilib. Əvvəl Sadko körpüsünün       yanından hərəkət edirdisə, artıq dəniz vağzalının qarşısından hərəkətə keçəcək. Çünki burada dənizin dərinliyi gəminin rahat   və   təhlükəsiz hərəkəti üçün imkan yaradır”, - deyə o qeyd edib.

 "Mirvari" gəmisinin tutumu 460 nəfərlikdir. Qiymətlər gəmidə yerinə görə 5-10 manat arasında dəyişir.Gəzintinin müddəti 35-40 dəqiqə çəkir.Bundan əlavə, 6 yaşına   qədər   uşaqlar üçün gəmidə gəzinti tam ödənişsizdir.Gəmi səyahəti qış rejimində fəaliyyətə başladığı üçün saat 14:00-dan 21:00-a qədər davam edəcək.

0 Comments

Leave a comment