19 apr, 2026
Faktlar

Azərbaycanlıların soyqırımı günü - 31 Mart

     Tarixə nəzər saldıqda biz belə bir qanunauyğunluğun şahidi oluruq ki, harada pul, var-dövlət əldə etmək olar ermənilər haıdan əvvəl orada peyda olur. Əvvəlcə özlərini yazıq, mağmın, zavallı, sözəbaxan işbazlar kimi göstərir, sonra isə özlərinə yer etdikcə quduzlaşır başqalarına diş göstərirlər. Məhz ermənilərin Bakıda qörünməsi, Bakıda möhkəmlənməsi, Bakının düz göbəyində öz kilsələrini tikdirmələri 1905-ci və 1918-ci illərdə və sonralar Bakıda bu yerin həqiqi sakinlərinə qarşı törətdikləri qırğınlar dediyimizə əyani sübutdur. Hələ 1907-ci ilin avqustunda Yelizavetpol (Gəncə) qubernatoru A.Kaçalov Qafqaz Canişininə daşnaksütyunla bağlı geniş məruzələrindən birində erməni psixologiyasını belə səciyələndirmişdi: “Millətçilik erməni xalqının çox dərinlərdən gələn başlıca milli xüsusiyyətidir. Hər bir erməni özünü hamıdan – rusdan, gürcüdən, tatardan (azərbaycanlıdan – A.P.) yüksək, ağıllı, bic, xeyirxah və bacarıqlı hesab edir... Millətçilik, öz dininə, dilinə sədaqət, acgözlük, ehtiyatlılıq, hər şeyə qadir pula inam, var-dövlət və kapital qarşısında səcdanı kult dərəcəsinə qaldırmaq – bax budur erməni psixologiyasının başlıca xüsusiyyətləri”. XIX əsrin axırları XX əsrin əvvəllərində Bakıda neft sənayesinin sürətlə inkişafı, Bakının dünyanın ən iri neft mərkəzinə çevrilməsi ermənilərin kütləvi surətdə bu şəhərə axınına səbəb olur. Özlərinin xristian dininə etiqadlarına və həmişə Rusiya hökuməti qarşısında müti və şərq siyasətində Rusiya hökuməti əlində bir alət olduqlarına istinad edən ermənilər hökumətdən Bakı neft sənayesində böyük imtiyazlar ala bilir və qısa bir vaxtda demək olar ki, Bakı neftinin əsas sahibkarlarından birinə çevrilirlər. İş o yerə çatır ki, Bakı neft sənayeçiləri qurultayına rəhbərliyi tamamilə ermənilər öz əllərinə keçirir və burada istədiklərini diqtə edirlər.

         XX əsrin əvvəllərində Rusiyada sənayenin sürətlə inkişafı sənaye proletariatının yaranmasına və onun inqilabi mübarizəsinin yüksəlməsinə də təkan verdi. Çar Rusiyasının əsas sənaye rayonlarından olan Bakıda da sənaye proletariatı və onun inqilabi təşkilatları xüsusilə sosial-demokrat təşkilatları yaranır. Bakı neft sənayesində konsesiyalar əldə edən erməni varlıları ilə yanaşı fəhlə sifətilə özünə iş axtaran erməni yoxsullarının sayı da artıq XIX əsrin axırlarından Bakı neft mədənlərində sürətlə artmağa başlayır və artıq XX əsrin əvvəllərində Bakı neft sənayesi fəhlələri arasında erməni fəhlələrinin sayının artması xüsusilə nəzərə çarpırdı. Onlar Bakıda yaranmış bir sıra inqilabi təşkilatların və o cümlədən sosial-demokratik təşkilatlarının fəal üzvlərinə çevrilirlər. Birinci rus inqilabı ərəfəsində sosial-demokratların nüfuzunun Bakı fəhlələri arasında artdığını görən daşnaklar bu vəziyyətdən məharətlə istifadə edir və tezliklə sosial-demokratlarla yaxınlaşırlar. Erməni fəhlələri arasında sosial-demokratiya ideyalarını yaymaqla “Daşnaksütyun” partiyası onlar arasında öz nüfuzunu qorumağa və sosial-demokrat ideyalarından öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Erməni millətinə xas olan xüsusiyyətlərdən biri odur ki, onlar hər hansı partiyaya daxil olsalar belə ilk növbədə ondan öz məqsədləri üçün istifadə edəcəklər. Erməni millətindən olan şəxslər hansı partiyaya, zümrəyə, vəzifəyə, cəmiyyətə daxil olmasından asılı olmayaraq ilk növbədə erməni olaraq qalır. Yəni ermənilərə məxsus ideyalar onların şüurunda, beynində möhkəm həkk olunmuşdur. Bunu onların beyinlərinə göz açdıqları vaxtdan evlərində, kilsələrində, məktəblərində, bir sözlə ermənilərə məxsus bütün ictimai yerlərdə yeridirlər. Harada olursa olsun erməni həmişə bir cür danışır, başqa cür hərəkət edir. “Daşnaksütyun”un sosial-demokratlarla yaxınlaşmasının mahiyyətini Yelizavetpol qubernatoru belə səciyyələndirirdi: “Millətçilik ruhu ermənilərə məxsus elə başlıca xasiyyətdir ki, ən qısa bir vaxt üçün belə ermənilərin ondan imtina edə biləcəyini təsəvvürə belə gətirmək mümkün deyil. Sosialistlər partiyasına qoşulmaqla “Daşnaksütyun” şübhəsiz ki, möhkəm əqidəli sosialistlər qarşısında vicdansızlıq etmişlər. Çünki erməni xalqı heç vaxt sosializm ideyalarını dərindən dərk edə bilməz. Ermənini inandırmaq ki, tatar (azərbaycanlı – A.P) millətindən olan proletar sənə erməni millətindən olan istismarçı burjua nümayəndəsindən daha yaxındır, sadəcə olaraq ağılasığmazdır”. XX əsrin əvvəllərində Rusiyada baş vermiş siyasi hadisələrin tarixinə qısa bir nəzər saldıqda belə bir qanunauyğunluqla qarşılaşırıq ki, mərkəzi dövlət üçün ağır, kəskin və təzadlarla dolu bütün mərhələlərdən erməni daşnakları həmişə öz şovinist millətçi məqsədləri üçün məharətlə istifadə edərək azərbaycanlılara qarşı vəhşi qırğın və talanlara əl atmışlar. Məhz belə hadisələrdən biri də 1918-ci ilin martında Bakıda törədilmiş azərbaycanlıların kütləvi qırğın aktı olmuşdur.

        1917-ci ildə əvvəlcə fevral inqilabı nəticəsində çar hakimiyyətinin devrilməsi, sonra isə oktyabr ayında bolşevik çevrilişindən sonra imperiyanın dağıdılmasından daşnaklar və digər erməni millətçi partiyaları məharətlə istifadə etdilər. 1918-1920-ci illərdə Qafqazda, o cümlədən Azərbaycanın bütün ərazisində ermənilər azərbaycanlılara qarşı geniş qırğınlar, talanlar, zorakılıq və terror əməliyyatları həyata keçirmişlər. Ermənilərin bu hərəkəti 1905-ci ildə olduğu kimi 1918-ci ilin martında da yenə də Bakıdan başlamışdır. Özü də bu qırğın 1905-ci ilə nisbətən ermənilər tərəfindən daha məharətlə hazırlanmış və amansızlıqla həyata keçirilmişdir. Bunun əsas səbəbi Rusiyada bolşevik hakimiyyətinin qələbəsi ilə ölkənin birinci dünya müharibəsindən çıxması nəticəsində əsgərlərin döyüş bölgələrini tərk etməsi olmuşdur. Qafqaz cəbhəsindəki Rusiyanın hərbi hissələrinin tərkibində olan əsasən erməni zabit və əsgərlərinin silahlarını təhvil verməyərək Azərbaycana, xüsusilə Bakıya dolmasından bolşevik donu geyinmiş əlində V.İ.Leninin fövqəladə Zaqafqaziya komissarı vəzifəsinə təyin edilməsi haqqında mandatı olan daşnak Stepan Şaumyan məharətlə istifadə edir. V.Leninin mandatı ilə Tiflisə gedən S.Şaumyan orada istədiyinə nail ola bilməyərək Bakıya qayıdır. Beynəlmiləl proletar Bakısında demək olar ki, bütün hakimiyyəti öz əlinə keçirən S.Şaumyan azərbaycanlılara qarşı mübarizədə ondan məharətlə istifadə edir. S.Şaumyanın rəhbərliyi ilə Bakıda törədilən azərbaycanlı qırğınları sonralar bütün Azərbaycana yayılır. Bu məsələlər öz əksini geniş şəkildə Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə təhqiqat komissiyasının hazırladığı məruzələrdə və digər rəsmi sənədlərdə tapmışdır. Faciənin həyata keçirilməsinin səbəbi aydın idi. Bunun üçün bəhanə düşünmək lazım idi. Bəhanə necə düşünülmüşdür? Bununla əlaqədar komissiyanın məruzəsinə və digər sənədlərinə, habelə S.Şaumyanın məktubuna nəzər salaq.

       1918-ci ilin yanvarında başda general M.K.Talışinski olmaqla yaradılmaqda olan müsəlman korpusunun qərargahı Bakıya gəlir. Qərargahın rus zabitləri sırasında əvvəllər jandarmeriyada xidmət etmiş şəxslər olduğu bəhanəsilə müsəlman korpusunun qərargah üzvlərinin əksəriyyəti erməni əsgərlərindən ibarət bolşeviklər tərəfindən həbs edilirlər. Daşnaksütyun erməni partiyası Sovet hakimiyyətini tanıyaraq sonrakı hadisələrin göstərdiyi kimi, azərbaycanlılarla mübarizə üçün bolşeviklər partiyası ilə birləşirlər. Müsəlman korpusu qərargahının həbs edilməsindən istifadə edərək ermənilər azərbaycanlıları bolşeviklərə, həm də ermənilərə qarşı silahlı üsyana təhrik edirdilər. Burada da məqsəd özləri tərəfindən hazırlanan hadisələrin günahını azərbaycanlıların üzərinə atmaq idi. Lakin azərbaycanlılar bu təxribata getməmişlər. Azərbaycanlıların çıxışı baş vermədikdə erməni əsgərləri azərbaycanlılar üzərində zor işlətməyə, müdafiəsiz qocaları, qadınları və uşaqları qarət edib öldürməyə başlamışlar. Azərbaycanlılar hətta Bakı vağzalında belə görünə bilmirdilər. Şəhərdən dəmir yolu ilə çaxmaq istəyən azərbaycanlılar Bakı vağzalında erməni əsgərləri tərəfindən qarət edilərək öldürülməmək üçün faytonlarla yaxındakı stansiyaların birinə gedirdilər. Ermənilərin bütün təhriklərinə baxmayaraq azərbaycanlılar dözür, qırğına getmək istəmirdilər. Bakının məscidlərində keçirilmiş mitinq və yığıncaqlarda iştirak edən Bakıdakı xristian xadimlərinin sözlərinə görə bütün müsəlman xadimləri azərbaycanlı əhalini sakitliyə, sıxıntı və zorakılığa dözməyə çağırırdılar.

       Məruzədə bildirilirdi ki, azərbaycanlılar bütün vasitələrdən istifadə edərək barışığa çalışırdılar. Azərbaycanlıların nümayəndələri dəfələrlə bolşeviklərə qarşı ermənilərlə ittifaq bağlamağa çalışmış, lakin ermənilər hər dəfə buna qeyri-müəyyən cavab vermişlər.

məqalənin davamı  burada

http://milliarxiv.gov.az

0 Comments

Leave a comment