19 apr, 2026
Xəbərlər

Azərbaycanda yeni telekanal açıldı

Oxu.Az xəbər verir ki, bu barədə telejurnalist Rüfət Həmzəyev sosial şəbəkə hesabında məlumat yayıb:

"Noyabrın 4-dən etibarən qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən "AnewZ" beynəlxalq televiziya kanalı fəaliyyətə başlayır. Həftənin yeddi günü, 24 saatlıq efir yayımında aparıcı media platformalarında indiyədək o qədər də çox eşidilməyən və ya fərqli təqdim olunan - Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsi Bakıdan - dünyaya çatdırılacaq". https://anewz.tv/tv-live

Qeyd edək ki, R.Həmzəyev 2020-ci ilin fevralından 2024-cü ilin iyulunadək AzTV-nin sədr müavini postunda çalışıb.

0 Comments

Leave a comment