“Azərbaycan və Özbəkistan – iki qardaş xalq”
24 aprel 2025-ci il tarixində Özbəkistan Respublikasının Buxara şəhərində Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində təşkil edilmiş “Özbəkistan-Azərbaycan əlaqələri arxiv fotosənədlərində” adlı kitabın təqdimatı və “Azərbaycan-Özbəkistan – iki qardaş xalq” adlı sənəd sərgisininin açılışı mərasimləri keçirilib. Mərasimdə Özbəkistan Respublikası Arxiv Agentliyinin (Özarxiv) sədri Uluqbəy Yusupov və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov, o cümlədən İdarənin Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsinin müdiri Roza Əliyeva iştirak ediblər.

Adıçəkilən kitab Azərbaycan və Özbəkistan Respublikalarının Dövlət Kino-Foto Sənədləri Arxivində daimi mühafizə edilən sənədlər əsasında hazırlanmışdır.

25 aprel 2025-ci il tarixində sözügedən səfər çərçivəsində Əsgər Rəsulov və Roza Əliyeva Özbəkistan Respublikası Arxiv Agentliyi (Özarxiv) tərəfindən təşkil edilmiş bir sıra digər tədbirlərdə, o cümlədən Buxara vilayəti Dövlət Arxivinin fəaliyyəti ilə tanış olmuş, Buxara şəhəri “Dostluq Evi”də keçirilmiş tədbirdə iştirak ediblər.








0 Comments