19 apr, 2026
Milli Arxiv İdarəsi

“Azərbaycan - Özbəkistan – iki qardaş xalq”

Özbəkistan Arxiv Agentliyi (Özarxiv) sədrinin başçılıq etdiyi nümayəndə heyəti Respublika Dövlət Arxivlərində olub.

Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində təşkil edilmiş “Özbəkistan-Azərbaycan əlaqələri arxiv fotosənədlərində” adlı kitabın təqdimatı və “Azərbaycan-Özbəkistan – iki qardaş xalq” adlı sənəd sərgisinin açılışı mərasimi  məqsədilə ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Arxiv Agentliyinin (Özarxiv) sədri Uluqbəy Yusupov, agentliyin mətbuat xidmətinin rəhbəri, informasiya siyasəti üzrə sədrin müşaviri Ənvərcan Əliyev Milli Arxiv İdarəsinin tabeliyində olan Dövlət Arxivinin, Dövlət Tarix Arxivinin, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin, Dövlət Səs Yazıları Arxivinin, Dövlət Kino-Foto Sənədləri Arxivinin,  Dövlət Elm və Texnika Sənədləri Arxivinin, Sənədlərin bərpası və cildlənməsi üzrə Mərkəzi Laboratoriyanın, o cümlədən Oxu zallarının fəaliyyəti ilə yaxından tanış oldu. Qonaqlara sənədlərin mühafizə şəraiti və rejimi, onların rəqəmsallaşdırılması, bərpası və s. istiqamətdə məlumat verildi. Bununla yanaşı Özbəkistan tarixinə aid olan və adıçəkilən arxivlərdə daimi mühafizə edilən bir sıra arxiv sənədləri nümayiş etdirildi.

0 Comments

Leave a comment