19 apr, 2026
Dövlət Arxivi

Azərbaycan musiqisinin banisı

O Azərbaycan müsiqisinin dahisi sayılır. Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyov. Şuşanın pasportu, siması dahi Üzeyr Hacıbəyov. 

1885-ci il sentyabrın 18-də Şuşa şəhərinin Ağcabədi kəndində anadan olub. Gələcəyin musiqi dühası ilk təhsilini Şuşadakı ikiillik rus-tatar məktəbində alır. 1899-1904-cü illərdə Qori şəhərində müəllimlər seminariyasında təhsil alır, Hadrut məktəblərində pedaqoji fəaliyyətlə məşğul olur, daha sonra Bakıdakı Səadət məktəbində dərs deməyə başlayır. Bakıda ədəbi-publisistik fəaliyyətə başlayan “Həyat” qəzetində tərcüməçi işləmiş, yeni çıxan “İrşad” qəzetinin əməkdaşı olur. 1907-ci ildə Azərbaycan dilində "Arifmetika sualları" və "Rus-türk və türkcə-rusca siyasi, hüquq, iqtisadi və hərbi terminlər lüğəti"ni nəşr etdirir. 

Onun Azərbaycan mədəniyyətinə vəxş etdiyi misilsiz xidmətlərindən birincisi 1908-ci ildə Hacı Zeynalabdin Tağıyevin teatrında “Leyli və Məcnun” operasının tamaşaya qoyması olur. Gənc Üzeyir təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyur. O durmadan yazır, bəstələyir, musiqi sahəsində inqilab edirdi. “Rüstəm və Zöhrab” (1910), “Şah Abbas və Xurşud Banu” (1911), “Əsli və Kərəm” (1912), “Qarun və Leyla” (1915) operaları, həmçinin xalq nağılları və əfsanələri əsasında yazdığı əsərləridir.

 1911-ci ildə 26 yaşlı gənc Üzeyir əsaslı musiqi təhsili almaq üçün Moskvaya yola düşür, flarmoniyada təhsil alır. 1913-cü ildə Ü.Hacıbəyov Sankt-Peterburq Konservatoriyasında təhsilini davam etdirir. Bəstəkarın üç pərdədən ibarət ilk musiqili komediyası “Ər və arvad” komediyası olur. Bu əsər Azərbaycanda ilk musiqili komediya nümunəsi oldu. Bəstəkarın yaradıcılığında Peterburq dövrü mühüm rol oynayıb. Məhz bu illərdə “Arşın mal alan” musiqili komediyası yarandı.

 1921-ci ildə Ü.Hacıbəyov Bakıda azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbinin - Azərbaycan Dövlət Türk Musiqi Texnikumunun əsasını qoydu. 1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında Ü.Hacıbəyovun "Koroğlu" operası ilk dəfə tamaşaya qoyuldu.

 Həmin il Azərbaycan musiqi sənətində inqilab edən, yeniliklər yaradan misilsiz Ü.Hacıbəyov Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938) fəxri adlarına layiq görülüb, Stalin mükafatı (1941), Lenin və Qırmızı Əmək Bayrağı ordenləri laureatı olub. O, həm də professor (1940), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1948) olub, Azərbaycan SSR Elmlər Akademiyası İncəsənət İnstitutunun direktoru (1945-1948) və Azərbaycan SSR və Azərbaycan Respublikasının himninin müəllifi

 Ü.Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamətin və milli bəstəkarlar məktəbinin əsasını qoyub. 300-dən çox xalq mahnısını musiqiyə çevirmiş unudulmaz şəxsiyyət çoxsaylı marşların, kantataların, fantaziyaların, mahnı və romansların, kamera və xor əsərlərinin müəllifidir. Bu gün ölkəmizin himninin əzəmətli musiqisi onun barmaqlarından süzülən notlarla ifa edilir. Üzeyir Hacıbəyov 1948-ci il noyabrın 22-də Bakı şəhərində vəfat edib. Ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən, hər il sentyabrın 18-i Üzeyir Musiqisi Günü kimi qeyd edilir.

0 Comments

Leave a comment