Arxiv xidmətlərinin ödənişi artıq “ABB MOBİLE”da
"Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli, 251 nömrəli Qərarının icrası ilə bağlı Milli Arxiv İdarəsi tərəfindən müvafiq informasiya sistemləri hazırlanaraq, Mərkəzi Bank tərəfindən Hökumət Ödəniş Portalına (HÖP) tam inteqrasiya edilmişdir. Hazırda adıçəkilən sistem tam olaraq HÖP üzərindən fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Azərbaycan Beynəlxalq Bankının birgə tərəfdaşlığı ilə vətəndaşların və istifadəçilərin rahatlığının təmin edilməsi, onlayn ödənişlərin təşviq edilməsi, o cümlədən Milli Arxiv İdarəsinə aid onlayn xidmətlərin əhatə dairəsinin genişləndirilməsi üçün ilə arxiv xidmətlərinin ödənişi adıçəkilən bankın “ABB Mobile” tətbiqində aktiv edilmişdir.










0 Comments