19 apr, 2026
Milli Arxiv İdarəsi

27 Sentyabr - Anım Günü

Respublikamızın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi dövlət arxiv xidməti təşkilatı əməkdaşları tərəfindən yad edilib, məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb və şəhid ailələrinə başsağlığı verilib.

Həmçinin şəhidlərin əziz xatirəsi ölkəmizin bütün ərazisində olduğu kimi Respublika Dövlət Arxivlərinin kollektivi tərəfindən 1 dəqiqəlik sükutla yad edilib.

Dövlət Arxivi Şirvan filialının kollektivi Şəhidlər Xiyabanını ziyarət edib, Şəhid məzarları üstünə gül dəstələri düzüblər.  Filialda Vətən müharibəsi şəhidlərinin daimi dövlət mühafizəsinə verilmiş şəxsi mənşəli sənədləri əsasında sərgi fəaliyyətə başlayıb.

0 Comments

Leave a comment